Ağalar məni
Mərizəm, ərz edim dil, ağla qana,Möhübbət ataşa a qalar məni.Yoldaşım Leylisiz sel ala qanə,Qınamayın, bəylər, ağalar məni.
Çəkibdi səməndin yara bir də min,Söhbətin söyləyim yara bir də min,Vurub o sinəmə yara bir də min.Dərd üzər canımı, a qalar məni.
Naqə dönməz, çəksən gedər ovsara,Qəsdim budur: şikar olma ov sara,Qurban öldür, gəl sərini ov, Sara,Ölsəm kim dəfn edər, ağ alar məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-agalar-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение