İnsana mərhəmət ola kəramət,Baxtıla fərasət, kamal yaxşıdı.Kişi atasının öz oğlu gərək,Loxmadan, nütfədən halal yaxşıdı.

Tut nəzərdə sən bu çərxi-gərdişi,Gecəli-gündüzlü yazınan qışı,Arif olan özü bilər bu işi,Eləmək dərindən xəyal yaxşıdı.

İnsan oğlu, mütləq inan, yəqin bil,Mötəbər həqiqət əfsanə deyil.Firqeyi-şeytana nəsihət deyil,Təsir etməz zurna, qaval yaxşıdı.

Dağıtma fikrini, itirmə huşu,Məhək seçər qəlpi, qızıl, gümüşü.Tamahkar sənətkar, bədnəzər qonşu,Heç deməz: camaat, mahal yaxşıdı.

Qurban, yaz nəsihət, yadigar, ustad,Yaxşını, yamanı eyləyir isbat.Vicdansız kişiyə həyasız arvad,Deyir: zəhmət pisdi, sığal yaxşıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости