Nə yatırsan, aç didarın, de: hasil,Gəldi əcəl, yetdi sənə çatha çat.Sındı zəncir, gedərgisən, nə hasil?Ha cəhd elə, ha çal çəkic çatha çat.

Nay nalə edər, haray yetər, a daşa,Ağlar didar, yaşın seltək a daşa.Kazranlar salsalar rəxtin, a daşa,Dəyər səngə, səs eyləyər çatha çat.

Nikraillər yetişəndə əyana,Leysan deyər sirr işlərin əyana.Hazar yeki can ləhətdə, a yana,Qaynayarsan yağ içində çatha çat.

Qurban, sədaqətlə eşit: sin, ayə,Əzəl gərək yar yarını sinayə.Əzrail ki, əyləşəndə sinayəÇəkər çəngəl, solar rənglər çatha çat.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов