Ağa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.Göstərdim cərraha, təbib-loğmana,Dedilər: bu dərdə dərman yoxdu, yox.

Yardan ayrı dözə bilməm, neyliyim,Alışır dəhanda, odlanır dilim.Bu dərdin dərmanı ölümdür, ölüm,Sağlığıma daha güman yoxdu, yox.

Kərəm qılıb mətləbləri bitirən,Həsrətləri bir-birinə yetirən;Ay Qurbanı qulluğuna gətirən,Görərsən ki, bir də Qurban yoxdu, yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке