Kim ola
Fələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.Gül rüxsarına çəkən intizar,Biri mənəm, biri, ya rəbb, kim ola.
Ey gözləri cəllad, qaməti mövzun,Bu qədər bəndəni eyləmə dil xun,
Sərgəştə-yi aləm halı dəgər-gun,Biri mənəm, biri, ya rəbb, kim ola.
(Kərim)in könlünü eyləmə viran,Zülmdən usanıb halına biryan,Hicran ələmindən didəsi giryan,Biri mənəm, biri, ya rəbb, kim ola.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrim-kerim-kim-ola
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eylərəm varımı cümlə təsdiq,Mələk mənzər o sultana yetişsəm.
Təcnis: Səhər-səhər günəş pərtov salandaSəhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.
Dol arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nə də baxmaz o Mövlaya dol arvad.
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.
Стихи других поэтов · О разлуке
Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
Yar bizim ilə yenə gör ki, ne al eylədiYar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,