Təcnis: Səhər-səhər günəş pərtov salanda
Səhər-səhər günəş pərtov salandaİstər ki səmadan ay ayaza qarşı.Gah münəvvər olur, artırır kamal,Gah özün itirir ayaza qarşı.
Eşq bəhrinə daldım, dərində qaldım,Mənsur tək çəkildim, dərində qaldım,
Kəlbək tək yaslandım, dərində qaldım,Gecələr sızlaram ayaza qarşı.
Qövsi-qüzehdə yay ilan oldu,Zülfün dal gərdəndə yay ilan oldu,Qış nər sövdasında yay ilan oldu,Bülbül nalə edər ayaza qarşı.
Gir bağa kəşt ilə olanda yarəhi,Ərz-i halım yara olanda yarəhi,Özün Sultan Mahmud olanda yarəhi,(Kərim)də oxşat ayaza qarşı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrim-kerim-tecnis-seher-seher-gunes-pertov-salanda
Клавиши ← → для перехода, R — случайное стихотворение