Qara qaşlım, sağın dolan,Qoynunda narın görünür.Tökülübdü dal gərdənə,Zülfü şahmarın görünür.

Qönçətək açmış yanağın,Baldan şirin dil-dodağın.Ay bənövşə, yetkin çağın,Bağçada barın görünür.

Məmmədhüseyn üz aşiqi,Şirin-şirin söz aşiqi,Səntək novrəs qız aşiqi,Qarşıda yarın görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви