Lalə, nərgiz içində qız,Hər güldən ötkün göründün.Mənim bu sərraf gözümə,Ay göründün, gün göründün.

Dil ver dedim, dil vermədin,Gül ver dedim, gül vermədin.Qalıb ağlımda surətin,Al donu çin-çin göründün.

Boy-buxunlu dümağ sinə,Həsrət çəkər el üzünə.Yazıq şair Məmmədhüseynə,Can alan, yetkin göründün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе