Mən qurban eylərəm, “uf” da demədən,Mətləblər anlayan sərə, sərimi.Yoxsa anlamazın, nadan kəslərin,Yanında bu canım sərə sərimi?

Bir qıy vurram sədam cahanı gəzər,Qəlbim deyir ərtək cahanı gəz, ər.Könül gecə-gündüz cah, anı gəzər,Yolunda payəndaz sərə sərimi.

Məmmədhüseyn bir dərd bilən yara yar,İncimərəm lap cismimi yara yar.Arif gözəllərə eşqim yarayar,Nə duyar hoqqabaz sərə sərimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви