Deməyin, düşmüşəm xəstə,Dərdim bir bülbül dərdidi.Alan dini-imanımı,Ətirli bir gül dərdidi.

Bahara bənzər gəlişi,Ceyrana bənzər yerişi.Dünyaya dəyər görüşü,Dərdim incəbel dərdidi.

Salıb məni intizara,Günümü eyləyib qara.Çatdırın məni o yara,Dərdim şirindil dərdidi.

Eşqi ilə odlandığım,Fəraqı ilə yandığım.Ömrümə həmdəm sandığım,Bir Leyli vüsal dərdidi.

Məmmədhüseynin günü-ayı,Qəmi, dəmi bahar-yayı.İlahidən olsa payı,Uğurlu iqbal dərdidi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке