Gülöyşə
Səni gördüm, cani-dildən şad oldum,Həsrət idim bir gülüşə, Gülöyşə.Ömr elədim qürbət eldə, yad oldum,İncə belli, əndam şüşə Gülöyşə.
Müşk-ənbərin mərəkəmi bürüdü,Baxan deyir: ya pəri, ya hürüdü.Tənha qəlbim qəm evində çürüdü,İqbalıma qəmlər düşə, Gülöyşə.
Bu fənadı, açılan bir, solan bir,Mənim kimi eşq oduna qalan bir,Abü-tabla məclisimi dolan bir,Mən aşiqəm şux yerişə, Gülöyşə.
Fəraqından öz canıma qəsd oldum,Camalın şövqündən bihal, məst oldum,Şükürlər ki, öz elimdə rast oldum,Şəkər dəhan, sədəf dişə, Gülöyşə.
Avazımla qəlbdən qəmi silərəm,Vədəm çatsa, diyarında ölərəm.Erkən yoldu, gedib bir də gələrəm,Son qoyaram bu gedişə, Gülöyşə.
Sevdim gözəlləri, bu niyyətimdi,Elə, el oğluna bu biyətimdi.Qoşdum qoşma, dünya ölüm-itimdi,Yad edərsən sən həmişə, Gülöyşə.
Bais sənsən sevgimə, sevincimə,Bir də baxım dürdanəmə, incimə.Səni tanrı, gəl Alıdan incimə,Aşıqlarda budu peşə, Gülöyşə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-guloyse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizdən salam olsun arif olana,Haqdan kimə üç şey yetişdi barat?
NədənBir məclisdə beş sərdar var,On ikidi şam nədən?
Baxdı, yara bağladıQövr eləyir canda zəxmi müttəsil,Çeşmim çeşmə baxdı, yara bağladı.
Aşıq Alının Türkiyə səfəriBəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı sözünü qulluğunuzda ərz eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin, qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:Dilim sana bu nəsyəti deyirəm,
Стихи других поэтов · О любви
Səkənəm qürbətdi, ismim filankəs,Bü gün gördüm canan gəzən yerləri.
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,