Özün üçün sən aşiqsən, ay Əsmər,Başın çatma qalmağala, hayıfsan.Şairlik deyəndə özünü öymə,Belə adı üzə salma, hayıfsan.

Qullar boyda sən özünə hörmət et,Gələnin, gedənin əhvalına yet,Aşıqlıq edənin pişvazına get,Məni salma qilü-qala, hayıfsan.

Etibar eyləmə fani dünyaya,Elmin yoxdu özün atma dəryaya,Məcnun kimi düşmə çölə, səhraya,Sən düşübsən bəd xəyala, hayıfsan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов