Neylərəm
Ey cananım, səndən ayrıMən bu canı neylərəm?Malı-mülkü, təxti-tacı,Süleymanı neylərəm?Mən öləndə sən olasan,Başım üstə ağlayan,Şeyda bülbül fəğan eylər,Gülüstanı neylərəm?
Bir vəfalı həmdəm ilə,Ülfət qıl, ilqar eylə.Dedim könül, dost kuyinə,Sən də bir güzar eylə.Əl götürmə damənindən,Can ona nisar eylə.Yar özü ziba gərəkdi,Mən zibanı neylərəm?
Məmmədhüseyn, qətlin üçünMəclisə saqi gəlir.Qaşları yay, kirpiyi ox,Gözləri yağı gəlir.Bu gün ömür başa yetir,Ayrılıq çağı gəlir.Beşcə arşın ağ gərəkdi,Badlıyanı neylərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-neylerem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey yar vəfadarım,Didarına müştaqəm,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
VurulsunGözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.