İstəsən ki, kimə qarğış edəsən,Qarğa düşsün yaman arvad əlinə.Olmaz günü ya sevinən, ya gülən,Özü dözsün fitnəsinə, felinə.

Səhər-axşam istirahət verməsin,Aralıqda xoş məhəbbət hörməsin.Qonum-qonşu eşidəndə söyməsin,Lənət desən arvadının dilinə.

Məmmədhüseyn qananların quludu,Ömür yolu haqq, ədalət yoludu.Mən Səlmini gətirəndə duludu,İndi dönüb təzə gələn gəlinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов