Gözdədi
Az tənə vur mənə, ismarıc eylə,Ləngidən sən oldun, indi gözdə di.İlqarsızsan deyib, ün salma elə,Meylim yenə, həmən qara gözdədi.
Adın əzbər oldu, yarım dilimdə,Doğrasalar məni dilim-dilim də.Sən də az qəmzə at, şirin dilim də!Möhnətin qəlbimi üzdü, gözdə di.
Ay demişdin, il də keçdi vədədən,Vədinə düz çıxar düzgün vəd edən.Əgər olsan hiylə ilə vəd edən,Məmmədhüseyn bəsdir səni gözdədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-gozdedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.