Yarım, çıx görüşə seyr edək bağı,Gəzək çəmən boyu gül üzə-üzə.Salma ürəyimə gəl yaman dağı,Tökmə qaş-qabağı, gül üzə-üzə.

Bəsdi çəkdin varlığımı sən dara,Atma məni yaman günə, gəl dara.Qara zülfə vur darağı, yar, dara,Mən də mahnı deyim, gül üzə-üzə.

Məmmədhüseynin ol ömrünün yarağı,Öz əlinlə ver içərəm, yar, ağı.At qaranı, geyin-kecin, yar ağı,Sevinim, çıxıbdı gül üzə, üzə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви