Gəldin bahar gələn günü gəldin bahar kimi,Hüsnün açıldı ömrümə bir laləzar kimi.

Sevdim sevimli tellərinin nurlu çətrini,Duydum zərif gözəlliyini, incə ətrini.

Mən mənliyimlə eşqini candan mənimsədim,Dünyaya bir çocuq kimi candan gülümsədim.

Getdin bahar gedən günü, getdin bahar kimi,Könlümdə qoydun özlərimi yadigar kimi.

Qış keçmək üzrədir yenə, artıq bahar gəlir,Ruhum diyor ki, iştə bahar gəldi yar gəlir.

Sənsiz gülüstanımdakı güllər də gülməsin,Sənsiz bu il bahar gələcəkdirsə, gəlməsin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви