Ey şahin cilvəlim, şunqar şivəlim
Ey şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.Xəstə könlüm onu görəndən bəriÇıxıb asimana, havalanıbdır.
Ey ləbləri nabat, dəhanı püstə,Çəkər pəsrətini bu dili-xəstə,Xal deyil görünən ağ sinən üstə,Bir Quran hərfidir, qaralanıbdır.
Demə ki, sevdiyim səni nihandır,Sənə aşiqliyim xəlqə əyandır,Deyibsən: busəmin qiyməti candır,Almaq üçün bir az bahalanıbdır.
Çox da məndən kənar gəzmə, ay pəri,Sənsən könlüm zövqi, dilim əzbəri,Guşeyi-kuyini bulandan bəri,Dərdi-bidərmanım dəvalanıbdır.
Məclislər zivəri gördüyün Salik,Xaqani, Ənvəri gördüyün Salik,Şairlər sərvəri gördüyün SalikGəl gör sənsiz necə gədalanıbdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/salik-ey-sahin-cilvelim-sunqar-sivelim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Möhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
QubadırKəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Стихи других поэтов
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Fərhad olmazDərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,