Ey Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,Kəbeyi-kuyini görən kimsənəHaşa ki, qibləyə ziyarət eylər.

Qırqı başlı, topğun, tərlan cilvəli,Görməmişəm sən tək nazü qəmzəli,Sərasər yaxası qızıl düyməli,Baxdıqca üzünə fəxarət eylər.

Zahid baxsa zülfi-pərişanına,Tərk edər məscidi, gələr yanına,Sidqi-dildən canın qatar canına,Huriyü qılmana məlamət eylər.

Hər kimsə ki, sənə baxarsa gendən,Bil ki, öyrənibdir o halı məndən,Özgə təvəqqeyim yox əsla səndən,Xəstə Salik sənə zarafət eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов