Eyləsən
Qoşa narın sinən üstə uyuşub,Can deyərəm məni mehman, eyləsən.Həmdəmim ol, ömrə-günə yar olaq,Sonra yar bağrımı, al qan, eylə sən.
Təzəcə yetmisən on beş yaşına,El heyrandır kirpiyinə, qaşına.Yer eylə könlündə, könül quşuma,Mən öyünüm, nazla cövlan, eylə sən.
Aşıq olan səndən iraq olarmı,Dil verdiyin saralarmı, solarmı?Məmmədhüseyn özgəsini alarmı,Gəl mənimlə əhdü-peyman, eylə sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-eylesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Paşanın ilk uçuşuH. Cavid adına 132 nömrəli məktəbin qayğıkeş müəlliməsi Sitarə xanıma.*Məktəbə gedirdi oğlum ilk dəfə,
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Məgər badi-səba zülfin ucundan key pərişandırMəgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.