H. Cavid adına 132 nömrəli məktəbin qayğıkeş müəlliməsi Sitarə xanıma.

Məktəbə gedirdi oğlum ilk dəfə,Doldurdu könlümü qəriblik odu.Düşdüm birdən-birəuzaq illərə,Qışqırdım oradansəsim çatmadı.Durdu gözlərimdə ilk müəllimim,Oğlumdan ayırıb apardı məni,Mən Göyçayda qaldım,oğlum Bakıda.Onu da çağırdı ilk müəllimi.

Təzədən başladım birinci sinfi,Fikrim orda qaldı,Gözümsə burda.Könlümü doldurdu iki həyəcanÜst-üstə qalanan çırpıntılarda.

Deyirdim, görəsən, ilk söhbətindəMüəllim oğluma nələr deyəcək.Görəsən, xoşuna gələcəkmidir?O da qayğıkeşmi müəllimimtək?Sonuncu zəng oldu,Göyçayla birgəBircə an içincə Bakıya düşdüm,Oğlumu mən belə firavan, azad,Mən belə fərəhli heç görməmişdim.

Günlər ötüşdükcə heyrətə saldı,Mənim ilk balamın ilk müəllimi!O, hardan bilirmiş həyatımı bəsMənim ilk günümdən bu günə kimi?

Nə gözəl duyurdu mənim könlümünƏn incə,ən məchul nöqtələrini.Mənim övladıma olan sevgiminBəzən lap həddini aşan yerini.Nə yaxşı duyurdu, nə vaxt hirslənib,Nə vaxt da lazımsız can dediyimi.Bəzən "beş" verirdi hirsimə mənim,Bəzən pisləyirdi ifrat sevgimi.

Oğlumun qırmızı beşlərindədirO gözəl insanın müdrik ürəyi.O təkcə oğluma dərs demir indi,Öyrədir mənə də necə sevməyi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов