Bu, Göyçaydır, oğlanlarım,göy dalğalıBax o dağlar başındakımavi göydən axıb gəlir.Çox çimmişəm bu çayda mən,sizinlə də gəlin çimim.Tökülüşdük suya bir-bir.Uşaq etdi sular məni.O ki vardı batdım, çıxdım,Övladlarım yaşındaydım, -Onlar uşaq, mən uşaqdım.Çimməyimiz çəkdi bizim,Günəşin al şüalarıGöy sularda uzanana,Aramızda rast gəlmədikYorulana, usanana.Başqa bir vaxt indi çoxdan"Daha bəsdir, ay uşaqlar", -Söyləməyim hazır idi.İndi mənim özümə dəBir təpinən lazım idi.Uşaqlar çox sevindilər,Göz vurdular bir-birinə:"Kefdir bu gün, dinmə barı!"Bilmədilər çimdikləriBu suya baş vuran kimi"Batıb getdi" ataları:Biz çimdik bir xasiyyətli,Bir yaşlı üç qardaş kimi.Mən dəymədim heç xətrə də,Bəs deyincə çimdik belə.Onlar bu saf göy sularda,Mənsə uzaq xatirədə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов