Uşaq
Əlimi qaşımın üstünə qoyub,Boylanıb baxıram uşaqlığıma:Özüm böyütdüyüm dəcəl çəpişə,Əlimlə saldığım cənnət bağıma.Eheyy!! - qışqırıram, baxmayır uşaq,Bir də qışqırıram, dinmir ki, dinmir.Başa düşürəm ki, çıxmırmış səsim,Çox zaman yuxuda olduğu kimi.
Amma, təsadüfən çevrilib uşaq,Gözləri dolusu baxır uzaqdan,Birdən fikir verib mən ağ saçlıyaQaçır,bir əsər də qalmır uşaqdan.Nöqsanım,qüsurum,mən, bir də qəmim,Yüyürüb,yüyürüb,düşürük həkdən.Göydəmi, yerdəmi,ürəyimdəmiKimsə qəhqəhəylə gülür ürəkdən:-Nə fikrə getmisən, - deyir, - nə fikrə,Bir dərdin olmasa sən də gülərsən,Atsan yanındakı yoldaşlarını,Sən məni o zaman tapa bilərsən...
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-usaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mən kövrəlmişəmNur içində üzür ürək,Ay sularla öpüşəndə.