Sahilində qaldım Kürün,Verdim Kürlə baş-başa mən.Səhərədək göz yummadım,Etdim ona tamaşa mən.

Qucaqlaşıb Kürüm ilə,Öpdüm onu neçə kərə.Gör biz necə qovuşduq ki,Axır mən də döndüm KürəKürə döndüm!Kürə!Kürə!

Artdı gücüm milyon kərə,Şirvan, Qarabağ kanalı –Mənim iki güclü qolum:Qucaqladım ana yurdu,Əbədiyyət oldu yolum.

Sinəm üstə ulduzlar, Ay,Könlümdə xalq məhəbbəti,Eldən-elə axıb getdim, -Dalğamda dağ əzəməti.

Bircə kəs də bilmədi ki,Kür bu gecə o Kür deyil;O, canlıdır görür, duyur,Şeir yazır, şeir deyir.

Oldum işıq, zəmi, dəniz,Yuxlamadım səhərəcən.Gecələdim bir gecədəMin-min evdə, mahalda mən.

Kür özü də bilmədi ki,Səsi güclü, gur olmuşam.Xoşbəxtəm ki, heç olmasaBir gecəlik Kür olmuşam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине