Acı xatirə
Millətə nə qədər dərs vermək olar?Dəli də dartınır: mənim sözüm var!Nadan cilovunda küçə xamları –Adam olmayanın “öz adamları”...Kürsüdə pələngdi, daldada quzu,Moskva casusu, Tehran casusu!Gələcək bölgüdə nisyə iş alır,Telefon zəngiylə göstəriş alır:“Ziyalı ayıqdı, qoyma yaxınaYazıçı sevilir, qara yax ona!Bizimlə bir kökdən, rişədən deyil,Möhkəmdi, heç kəsi eşidən deyil.Sənin kimliyini bilir filankəs,Gücün çatmayanda işığını kəs!Qafası olanın əz qafasını,Nüfuzu olanın qır nüfuzunu,“Azadlıq” deyəndə öz nəfini bil,“Millət” söyləyəndə tərəfini bil!Torpaq alındıqca millət çaşacaq,Bizim məqsədimiz yaxınlaşacaq.Allahdan söhbət aç, Qurandan danış
Dünyada İslamı qurandan danış.Millətə fərqi yox, lap meymun olsunÖnündə zahiri bir mömin olsun.Kimin sözü keçir, mövqeyi qəti,Xalqın arasında varsa hörməti –Çalış ki onu da bizlərə bağlaBağlaya bilməsən, ləkə yax, dağla!”Beləcə millətin səfər başındaHər kəs pay umurdu ər savaşından.Tapşırıq qulları önə atıldı,Halal işimizə haram qatıldı.Bir əl quzusudu kürsüdəki şir,Hər gün yuxarıdan dərs alıb gəlir.Millət xəbərsizdi – dərdinə yanır,Tülkü həccə gedir – millət inanır!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-aci-xatire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxtsız gəlib payızım,Köksümdə solub ürək.
Cavad xanZaman üzgüçü kimi çəkibmiş nəfəsini Yüz ili yüzlük kimi xırdalamaq istəmir. Əfsanəyə bənzəyən həqiqətdir keçmişim. Mütilər bu keçmişi qurdalamaq istəmir...*Tarix adlı bir güzgüdə
Sağ ol, ana dilim!Ana dilim! Səni allahların, göylərdən gələn kişilərin, işıqdan doğulan adamların müqəddəs dili, alpların-ərənlərin qəhrəman dili, bayrağının işığına dünyanı toplayanların fateh dili, nəhayət ölkələr dolaşan mühacirlərin didərgin dili adlandırırblar! Əmr etmək, hökm vermək üçün yaradılmış hakimiyyət; ordu, yürüş dili deyiblər sənə! Şaman dualarında təbiətin, yerin-göyün səsisən! Qayaların üstündə qaya kimi sərt bir millətin andısan. Dədə Qorqud boylarında dağlarımızın gül-çiçək dənizi kimi min rənglisən! Nəsiminin harayında üsyansan, ildırımsan! Füzulinin pıçıltısında dünyanın ən böyük qəm yüküsən!.. Mənim həsrətimdə gələcəyə ümidsən...*Yollarım sınandı yad ölkələrdə,
Ruhumuz sərhədsiz olduğu üçünBu vətən deyilən dünyam sirlidi,Bir paytaxtı sevinc, bir paytaxtı qəm.