Dünya gözümdən düşüb
Vaxtsız gəlib payızım,Köksümdə solub ürək.Dünya gözümdən düşübBir damla göz yaşıtək...
Hansı çəmənə vardımÇiçəyi, gülü solğun.Səni kimdən soruşum?Hamının dili solğun...
Yollar əlim kimi boş,Buludlar daşdan ağır,Yağır yaz yağışları –Sənin həsrətin yağır.
Nə yetəsi arzum var,Nə gedəsi bir yerim,Yoxluğuna açılırGözüyaşlı səhərim.
Səni əlimdən alıbGünəşi gündüzümdən.Dünya gözümdən düşüb,Düşmüşəm öz gözümdən!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-dunya-gozumden-dusub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ey baği-əməl, açıl, bahar ol,Ey sevgili qönçə, xəndədar ol!
Oxu!(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)*Gözlərim gözündən uzaq olsa da,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül