Kəpənək
Göy deyir ki, bizimdi,Çəmən deyir, yox, bizim,Nə çiçəksən, nə quşsan,Əlimə qon, əzizim!
Mən də elə sənintəkNə yerdənəm, nə göydənMilyon arzu rəngindəQopmuşdum bir ürəkdən.
Baş götürüb uçurdumBaşsız əsən yellərdənƏzizləyib öldürənSevən-cəllad əllərdən.
Quş olsan yuvan olar,Çiçək olsan dibçəyinGüzgü tut taleyimə,Görüm bəs mən nəçiyəm!
Qon əlimə, qanadım,Qon əlimə, çiçəyim.Sənə kobud əl dəysəBir yerdə öləcəyik...
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-kepenek
Клавиши ← → для перехода, R — случайное стихотворение