Niyə...
Sən ki, o yolları son dəfə keçdinNiyə daş olmadın, ayağım, niyə?O nur çeşməsindən doymadın, içdinNiyə odlanmadın, dodağım, niyə?
Bir sevinc səslədim, min qəm oyatdım,Dağdözməz dərdimi sənə boşaltdım,Üstündə gurhagur ocaqlar çatdım.Niyə kül olmadın, varağım, niyə?
Hanı bol məhsulum, hanı boy ayım? –Silinsin yolumdan bəxtin qolayı;Namərd ortalıqda meydan sulayır,Niyə korşalmısan, yarağım, niyə?
Hələ gözümüzdə min söz, min dilək,Ümiddən ümidə yol salır ürək,Qayaya çırpılan əks-səda təkÜstümə dönürsən, sorağım, niyə?
Gülərəm, hayanda qılınc dinirsə,Ölərəm, hayanda Vətən enirsə.Baharım təzəcə pöhrələnirsəXəzan hənirlisən, yarpağım, niyə?
Min arzu uyuyur hər naxışında,Qanımdan od aldın hicran qışında,Mənim ürəyimtək Təbriz başındaNiyə yellənmirsən, bayrağım, niyə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-niye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uçub gedək, bu yuvadaKimlər məskən salır – salsın.
Payızla birgəDurnalar könlümdən uçan həvəsdi,Yenə bu gethaget səbrimi kəsdi,
Üzünə vurmazGünəş işığını əndərər yerə,Cücərən otların üzünə vurmaz.
Özün bilirsənÖzün bilirsən ki, mənim kimimsən,Uzaq mənzillərə üzən gəmimsən.
Стихи других поэтов
Qadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
O gün ki, ateşinlik arizi-cananə yazmışlarO gün ki, ateşinlik arizi-cananə yazmışlar,Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar.