Gül nəfəsli bülbülə
Nə söyləyir qızılgülə,Nədir düşündürən məni?Bu gül nəfəsli bülbülə,Kim öyrədib bu nəğməni?!
Qırovlanan könülmüdür?Könül tütər, ömür bitər,Alovlanan könülmüdür?Ötər, darılmadan ötər.
Bu bülbülə yaxın gəlin,Neçin budaqda saxlanıb?Qızılgülə baxın, gəlin,Nədən uzaqda saxlanıb?
O, bülbülü tikanlamaz,Tikanlamaz o, bülbülü.Vurulmayanlar anlamazBu odlanan qızılgülü.
Zavallı bülbül inləyir,Nə istəyir? Bilənmi var?Qızılgülə nələr deyir,Nələr deyir? Bilənmi var?!
Nələr deyir qızılgülə?Budur düşündürən məni.Bu gül nəfəsli bülbülə,Kim öyrədib bu nəğməni?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-gul-nefesli-bulbule
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülə candan, könüldən aşiq olan bülbüləBaşqa bir gül göstərin, aşiq olsun o gülə...
Bir cahiləBaşına böylə fikir gəlmiş ki,Bir ozan da sənə üstün gəlməz.
Canım İstanbulCanım İstanbula candan vurulub, can bul da,Can desən, can eşidərsən canım İstanbulda.
QarasaqqallarQarasaqqallara bel bağlamada daşnaklara,Qara əllər uzadır bizlərə çalçaqqallar.
Стихи других поэтов · О природе
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.