Bülbül ağlar gülşən üçün,Qərib ölər vətən üçün.Qürbət eldə vətən deyə,Köynəyini kəfən üçünSatıb gedər, satıb gedər.

Yaş axıdar gilə-gilə,Dağ dayanmaz bu nisgilə.Külə dönər yana-yana,Son nəfəsdə son mənziləÇatıb gedər, çatıb gedər.

Uçar, dirəyi olmayan,Elin gərəyi olmayan,Ürəyi olana sarıl.Səni, ürəyi olmayanAtıb gedər, atıb gedər.

Könül yaşar duyğularda,Arzularda, qayğılarda,Sevgisiz ömür yelkəniBu həyat dolu sulardaBatıb gedər, batıb gedər.

Uy Rəfiqin nəğməsinə,İlhamına, həvəsinə,Sağ ikən unudulsa da,Səsini yurdun səsinəQatıb gedər, qatıb gedər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине