Dünya qədim dünyadı
Heydərbaba, dünya yalan dünyadı...Şəhriyar
Dünya qədim dünyadı,Karvanı yollar üstə.Daş üstə gül bitirərBar yetirər qar üstə.
Həm mizrabdı, həm tardı,Həm heçlikdi, həm vardı,Lüt-üryan hökmüdardı –Bardaş qurub var üstə.
Sevinc aşır, dərd enir,Açmır bağlı pərdəni,Deyir təzə dərdiniKöhnə havalar üstə...
18.XI.1979
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-dunya-qedim-dunyadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çıxır
Xırda gölməçəni xırda burulğanQaldırır, astarı üzünə çıxır.
Bu millət ölməyi bacarır hələŞərə meydan açan bir söz üstündə,Könlü şüşələnmiş bir qız üstündə,
İllər ayrıcındaİllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcında
O torpaq bizləri götürməyəcək!Üzümə dağların nəfəsi dəyir,Alışır, danışır, yanır, inləyir.