Bir günün altında günümüz ayrı,Bir qəm harayında ünümüz ayrı,Qoşa addımlarıq, yönümüz ayrı:Sən bahara doğru, mən qışa doğru.

Ürək axtarışda, ömür-gün yarı,Bitmədi taleyin dolanbacları,Başına döysə də su qırmacları,Çiçəklər əl açar yağışa doğru.

Daha mən atayam, sən ana, bilək,Ağrılar qalıbmış sona, nə bilək?!Bu son imtahanda sınana biləkAğzımız dirənib yoxuşa doğru...

27.VII.1979

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе