Dostlar süfrəsində soyuyur sözlər,Qaynar qazanlarda xörək soyuyur.Lap elə təndirlərdən qızarmış gələHalal kəsilməyən çörək soyuyur.

Gedib ürəyini günəşə yapa,Gedib taleyini işıqdan qapa,Qızmar səhraları dördnala çapaTənha zirvələrdə külək soyuyur.

Verilib insana ürək də, baş da,Özünü qorusun ürəksiz başdan,O qədər yorulub qanlı savaşdan,Bəşər qızışanda mələk soyuyur.

Hər çiçək gözündə bir insan qanıHər insan gözündə bir gül dastanı,Gülzarda Tanrıdan od alıb yanır,Məzarlar üstündə çiçək soyuyur.

Özü həm əkinçi, həm də torpaqdı,Ümiddən su içib yaşayacaqdı,Vətən yüyürəndə ürək bayraqdı,Vətən əriyəndə ürək soyuyur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе