Bura şum yeri deyil,Saxla, kotanı, saxla!Çək dəmir cilovunu,Qızmış atını saxla!

Hərəsi bir buğdadıbir sünbülün içində,hərəsi bir ləçəkdi –qızıl gülün içində!

Tək-tək gəlməyiblər ki,təkləyib yatırasan,Yüz min ürək əriyibbir ürəyə dönübdü.Tək-tək danışmırlar ki,səsini batırasanBirisinin sözündəyüz min haray dinibdi!

Başı kim, ayağı kim –daha seçə bilməzsən.Dəmir bıçaq olsan dakəsib keçə bilməzsən!..

Yüz min cavan üz yanır,doğrasan qanı çıxmaz.Vaxt da onların qulu,dartma zamanı, çıxmaz!

Şəhər göz dənizidi,qara tufandı şəhər.Balaca dalğasındadünyalar silkələyər!

Qaldırın bu çiçəyitəpiklərin altından.Çıxarın ürəyimitətiklərin altından!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов