Gözlə, gözlə sən
Dedim, könül keçmə söz sərhəddini,Öz sözündən öz-özünü gözlə, sən.Aşıq deysr, gözb, son,Pirsən, Haqqı gözləsən.Dünya girsə min dona,Nə seçərsən gözlə,sən.Heç adamın tük axtarma gözündə,Yaxşı olar, qeyrətini gözləsən.
Qopsa tufan, qızsa meydan əylə nər,Gedən gedir, qalan yerdə əylənər.Aşıq deyər,əylənər,Hirsi soyut,əylən,ər.Acıqlı baş qan eylər,Ağıllı baş əylənər.Danalar oynaşar kal qabağında,Qabaq-qarşı gəlsə,gözlə, gözlə sən.
Sən ucalt sənəti, sənət də səni,El-oba yaşatsın sənətdə səni.Mən aşığam,sənətdə,Ucalasan sənətdə.Yaşa, yarat, dünyada,Qoy ucalsın sənət də.Əsəd də ad qoyub sazda,sənətdə,Qoru bu sənəti,gözlə,gözlə,sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-esed-gozle-gozle-sen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum, mənə vədə verdin, gəlmədin,Çox çəkərəm ahü zarı gəlincə.
Sən məniSənə neyləmişdim mən bəxti qara,Niyə saldın bu azara sən məni!?
SəniYerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.
Üç il, beş il, on beş ilYaxşı dostun mən sirrini açmaram,Assalar da üç il, beş il, on beş il.
Стихи других поэтов
Musiqi kimi incə,Zərif bir bəstədir söz.
ProkrustQədim Yunanıstanda belə əfsanə varmış:Orda Prokrust adlı qorxunc qaçaq yaşarmış.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır