zarafatla

Tufanı səngiyib dava-dalaşın,Gün çıxıb, əriyib dedi-qodular.Ancaq ayılmayıb hələ də başım,Evdə də bir gəmi ləngərişi var.

Çox şeyi yerindən oynadıb tufan,Tapdanan duyğular – əzik gül-çiçək.Görünür güzəştə qalmayıb imkan,Atışma uzanıb son gülləyədək...

Dilimdə son sözüm – donmuş bir damla,Ürəkdə nə sevinc, nə də təntənə.Vuruşub, dalaşıb əziz adamlaQələbə çalsan da məğlubsan yenə!..

Fikri oynadarkən evin görkəmiAğrılar içimdən didərkən məniGörürəm barışıq bayrağı kimiTullayıb getmisən ağ köynəyini.

Mən onu qaldırıb tutdum gözümə,Sızlayan köksümə sıxdım o ki var, –Bəlkə gülümsəyər mənim üzümə,Bəlkə möcüzəylə məni ovudar.

Min yol qucaqlayan zərif bədəniMin yol nəfəsinin ətrini udanSənin əvəzinə oxşayır məniSıxılır davakar məğrurluğundan.

Görən xoşbəxtliyi kim nəylə ölçür?Ehey, bu savaşdan ayırma məni.Təki ağ bayraqtək araya bu cürTullayıb gedəsən öz köynəyini!

Tez qayıt, mən sənə “dönmə!” desəm də,Könlüm gülləbatmaz zirehdi sənə,Qəzəbin önündə yenilməsəm dəSevginin önündə məğlubam yenə!..

7.VI.1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов