Namərd qardaş, məndən ona,Ondan mənə nə deyirsən?Özün üryan ola-olaDondan mənə nə deyirsən?

Ürəyində qara zindan,Qan süzülür yarasından,Qansızların arasındaQandan mənə nə deyirsən?

İstəyimiz qar kimisə,Sarvanımız kor kimisə,Can sözümüz çor kimisə,Candan mənə nə deyirsən?

Payızıma solmadımsa,Yasımıza dolmadımsa,Özüm çarə bulmadımsaYandan mənə nə deyirsən?

Yollara gül döşəyənəm,Dünyaya od daşıyanam,Sonu başdan yaşayanamSondan mənə nə deyirsən?

3.VIII.1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов