Taledən daranıb gəlir,Bəxtim daraq sevən deyil,Gözüm göyün çırağındanÖzgə çıraq sevən deyil!

Ucalmadım bəhsəbəhsə,Daş atmadım doğru kəsə,Düşmən özü öcəşməsəƏlim yaraq sevən deyil.

Mənim yurdum bircə rəngdi,Göz aparan bir çələngdi,Elə bütöv bir ürəkdi –Özgə yamaq sevən deyil!

Yağı gəlsə, qara qışam,Bahar gəlsə, qaranquşam,Haqqa peyvənd yaranmışam,Ruhum calaq sevən deyil!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе