Sındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.Qopar yarpağımı ver küləklərəBir də quru çöpü yolmaq olarsa.

Ərit bu şaxtanı o yaza çıxar,Yu bütün qaranı bəyaza çıxar.Vur məni dərindən dayaza çıxar,Bir də bu sevdaya dalmaq olarsa!

Sındır vüqarını uca dağların,Susdur nəğməsini gur bulaqların,Ver məni əlinə ayrılıqlarınBir daha geriyə almaq olarsa!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов