İlhamlı çağımda
İlhamlı çağımda mənə toxunma,İnci çiçəyi də incidər məniGülün ləçəyi də incidər məni.
Sözüm düz də olsa, yalan da olsaYerinə düşməsə ağrıyacağam.Gözümü zilləyib qulaq da assamQəlbimdə səssizcə ağlayacağam.
O, çələng toxuyan, sən qəbirqazan,Getsə, ayrısından borc almaq olmur.Ən uca zirvəyə yol tapmaq asan,İlham zirvəsinə ucalmaq olmur.
Deyimmi fərqiniz nədədir, nədə?Sən məni pisləyən, o məni öyən,Vəfasız gözəllər atıb gedəndəİlhamdı astaca qapımı döyən...
Köməksiz böyüdüm, bilmədi kimsə,Ürəkdən su içən ağac barlıdır.Əmiyə, dayıya güvənməkdənsəİlhama güvənmək etibarlıdır!
İlham həsrətindən çoxları xəstə,Osa çeşmə kimi xəbərsiz axmış.Hökmdar taxtına oturan kəs dəİlhamın taxtına həsədlə baxmış...
Od vurub qanını qaynadar sözün,Xoşbəxtə sevincdi, uğursuza qəm.Kimsə ilhamlanır qışqırmaq üçün,Mənə ilham gəlir, düşünməliyəm.
Yurdumun ilhamı – Kürüm, Arazım,Xəzər öz təbiylə dünyada təkdir.İlham kiçiklərin başından basıb,Böyüyü daha da böyüdəcəkdir.
Barmağım ucundan sözlər göyərib,Daşın da dilini bilən çağımdır.Ruhumda sehr var, sözə can veribÖzüm söz üstündə ölən çağımdır!
Çınqı möcüzədən alışıb ürək,Bu yanğı könlümü bürüyəcəkdir.Ürkütsən İlhamım dəli köhləntəkMəni də dalınca sürüyəcəkdir!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-ilhamli-cagimda
Клавиши ← → для перехода, R — случайное стихотворение