Xətayi
(poemadan parça)
Xətayi at belində,At xəyal qanadında,Xəyal da təsəvvürüntəsəvvürünə süvar...Düşmənin təhqir qədərİti qılınclarındanYerdə Vətən bölünür,Dodaqda «Vətən» sözü,Çayda axan duru su.Günəş də parçalanırYaralı bir əsgərinGözlərinə tökülür.Torpaq ayaqlar altda,İntizar bir ananınKöksü kimi sökülür.Xətayi at belində...O qədər qəzəblənibyanıb dırnağınadək
İndi elə bilir ki,Atı da o aparır,Keçirib ayağınınBarmaqları ucunda...Xətayi at belində,At qəzəbin belindəAt az qalıb uçuna...Qurumuş boğazınıYaş eləməkçün bir azXətayi hərdən sorurDodaqdakı qanından.Ona elə gəlir ki,qılıncını heç zamanÇıxarmamış qınından.Ürəyindən çıxarır,Saplamışdı düşməninÜrəyinin başına...Zəfər olub dost onaNizəylə nöqtə qoymuş,Düşmənin sinəsindəBaşladığı dastana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-xetayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
"Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,*Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!"*
Sinəm sızıldayır masadan ötrüSinəm sızıldayır masadan ötrüKönlüm – neçə sözün qəbristanlığı.
SözlərGecə yansı yenə gəlmisinizYurdsuz-yuvasız,
Qələmdəki mürəkkəbQələmdəki mürəkkəbməni yandırır.