Yazırsan gecələr
Yazırsan gecələr...dostun, yoldaşınSadə təbəssümü işığında sən.Eh, yoxsa, yoxsa ki, yazmaqmı olar –Lampa işığında nə edəcəksən?
Görürsən qərq olur mənimtək o daBir nadan sözünün söz kölgəsinə.Eh, lampa işığı,dost təbəssümüGərək işıq versin onun özünə.
Şeirim dedilər ki, bəyənilməyib...Sevinir nadansa... Bu sevinc nədir?Görünür, onun da ən gözəl şeiriSənin bu şeirinin zəifliyidir.
Yazırsan gecələr... Daha da çox yaz...Nə qəm çək, nə də ki, təəssüf eylə.Sən yaxşı işləsən, gülümsəyəcəkHər yanım dostların təbəssümüylə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-yazirsan-geceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Hər səhərdə sənin adın söylənir,Hayıf gəldin bu diyara, Hüseynim.
Baxta-baxtdıGördüyümü mən görmüşəm,yaxşı-yaman baxta-baxtdı.
Mən bilmirəm kimə deyim dərdimiMən yazığın qəm doludu sinəsi,Mən bilmirəm, kimə deyim dərdimi?
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!