Azərbaycan
Azərbaycan!Odlar yurdu! –Ürəklərin odundanYaranmış bir diyar.Dostuyla hər dərdi-məlalı,Sevinci bir duyar.Azərbaycan –Tarixlər şahidi,Nizamisi sərhədsiz təfəkkürü,Nəsimisi həqiqət şəhidi.Füzulisi -könlünHər guşəsindən xəbər verən,eşqin bütün çalarlarını görəndünya ürəkli bir sənətkar.Nəsrəddini, Cəliliçiynində xalq dərdininKəpəzi,Şahdağı.Sinəsində çalın-çarpazgöz yaşı, ah dağı.
Sabiri - gülüşündə hüzn,Kədərində hüsn,Sükutunda tufan,Tufanı ərşə dayaq alovdanYaranan bir insanAzərbaycan!Şöhrəti sərhədlər aşan,özündən böyükölkələrlə yarışan,dünyaya yaraşan,yaraşıb ona gözəllik verən,neft diyarı,Yanar ən uca zirvələrdəşöhrət ulduzları.Suları üstündə dünyanınən nəhəng gəmisi kimilövbər atmış polad küçəli,min ayaqlı,dalğaların nəğməsi zirvəsindəqərar tutmuşcavan,ləngərli,qorxmaz,igid bir şəhər.Dalğalar üstünəmavi nəğmələrsəpələr.Azərbaycan!İnsanı -təbiət kimi təbii,mehriban,təbiəti hər dildədanışa bilən insan.
Yolları insanla,mənayla dopdoluşeir misrası.Məna ətriylədoldurar dünyanıonun milyon çalarlıhər yazı.Çaylarında könül oxşayannəğməli bir haray.Qüzeyi - qış,güneyi - yay –Azərbaycan!Gecə-gündüzİlhama gətirən məni.Azərbaycan!Könlümün,ruhumun,sevincimin,kədərimin,fikrimin VətəniAzərbaycan!İnsan zəkasınınişıqlandırdığı,könlündəmin çıraq yandırdığıbir diyar.Bayramı zəfərlərlə,bugünkü parlaq,sabahkı daha parlaqsəhərlərlə dolu;Yolu-Bəşər fikrininzirvə yolu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-azerbaycan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی