Dünyadan umduqlarım
Bir çiçəklik gözüm vardı çəməndə,O bir çiçəyi dolmuş gözümətuta bilərdim.O bir çiçəyin ətrindəillərin ağırlığınıunuda bilərdim.
Bir nəğməlik gözüm vardı çaylardaMənə yol vermədiyi günlərinağrısını yumaq üçün.Bir daşın üstündəmamır kimi, ot kimibitib uyumaq üçün.
Bir ulduzluq gözüm vardı göylərdəBəxtimizin əbədi güzgüsü kimi.Qovuşa bilmədiyim arzularımınsonuncu təsəlli sözü kimi.Bir pəncərəlik gözüm vardı dünyadaBir ürəyin işığıydıbir dünya qaranlıqla vuruşan.Məni ayrılığa yola salandanhər axşam yollardan məni soruşan.
Bir həyətlik gözüm vardı torpaqdaUşaqlarımın ayağı altına sərməyəÇiçəyini, nəğməsini,ulduzunu, işığını qaytarıbborcunu verməyə!..
Bir laylalıq gözüm vardı dünyadaMəni isitməyən, mənə yetməyən,soyuq bir ocaqSonra kənd qırağındagecikmiş laylasıylabir torpaq təpəsini yandıracaq!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-dunyadan-umduqlarim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1**Daha burdan o yana bu əsrin səsi yetməz,
Yay həsrətiYay gününə əsən yellər görün nə deyir,Yol üstündə yaddan çıxdı hansı varımız.
İstisuyun səhəriSübhün dumanını bir şüa kəsir.Qara sərinində alatoranın
Dağlardan dağlara danışın...Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...