İstisuyun səhəri
Sübhün dumanını bir şüa kəsir.Qara sərinində alatoranınSəhərə açılan ürək tələsir.Ağaran dağ yolu çılpaq budaqtək
Yenə təkəm-seyrək meyvə bitirir –Qırmızı şalları çəkib başınaQızlar obalardan qaymaq gətirir...
Cığır ümidini alıb əlinə,Gədikdən gədiyə quş kimi qonan.Bulaq nəğməsində gözü yuyulubDərə havasında sirri oxunan.Təmiz nəfəsində bir ana ətriGüllərə bələnib bal arısıtəkQızlar obalardan qaymaq gətirir.
Dünyaya qəfləti can gəlir belə,Bir alov burulur dağ yoxuşunda.Bir bulud parçası ötür çöl ilə,Bir quş havalanır qaya qaşından.Yığıb boğçasına yağı, fətiri,Bal süzüb qablara bal arzusundanQızlar obalardan qaymaq gətirir.
Qızlar da bu isti bulaqlar kimiElə bil yer altdan süzülüb gəlir.Qızlar da dağların gəncliyi kimiOba yaddaşından üzülüb gəlir.Min qonaq toplayan el süfrəsinəNənə-boğçalardan bir pay yetirir.Güllərə dolaşan kəpənək kimiQızlar obalardan qaymaq gətirir.
Qayada axtarma dağ çiçəyiniYenə yanaqlarda çiçək yanacaq.Səhər ayazında gül dodaqlarıElə qaymaq kimi qaysaqlanacaq.Qızarmış əlləri süd ətirlidir,Gözlərdə açılır günəşin çətri.Korşalan yaddaşa təzə söz səpib,Köhnə yaralara hər gün duz səpibQızlar obalardan qaymaq gətirir...
İstisu, 15.IX.1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-istisuyun-seheri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çiçəklərin gözündə quruyur son damla yaş,Buludlar göy üzünü qaraldır yavaş-yavaş,
Baş daşıYaxınlar yaxından yanıb yaxılır,Fikrimi dünyanın o başı çəkir.
Niyə qorxurBaşlayandan doğru deyib, doğru yazıbsaBu söz, yazı sınağından dil niyə qorxur?
Əbədi sevdaBunlar...Bir həyətlik dincliyi uca tutarlar
Стихи других поэтов · О природе
ناگه ز دست چرخ به پایش رسید سنگ
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Благодарение творцу за то, что «Дебнстан» закрыли!Рванул осенний ураган, сад знаний - гюлистан закрыли!
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.