Bunlar...Bir həyətlik dincliyi uca tutarlarTanrı cənnətindən,Xəbərsizlər iştahının qurbanıMənim ruhumu bilməz!yaşılkən kötüklənən,yüz yana yaxılmaqdan içləri çiliklənən,haram pul, haram tikə,haram nüftədən gələn,çörəkdən suyunacan hər şeymüftədən gələn,nə qədər yetişsə – kal...düşüncəsi, inamı, dili, fikri də idxal,qorxan – şimşək çaxanda,leysan yağanda qorxan,qaranlıq yuvalardan üzə çıxanda qorxan,torpağın sevincinə arxları bağlanmayan,bir çiçəyin mehrinə sıxılıb ağlamayanMəni anlamaz əsla!

Bunlar...Əlimiz üstə düşmən əli qoyanlarlaylası, duasını minnətlə oxuyanlar,unudanlar, minillik yolun-izin dilini,dünyaya sığışmayan dərdimizin dilini –nə bilsin hardan gəlir gözümüzə çökən qəmbu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm,Çindən Qobustanacanyazılı daşlarımın toz basan güzgüsünüsilib baxa bilməyəngündoğan sevgisindən hər gündoğa bilməyənhardan duysun içimdə yaşayanböyük ruhu,hardan duysun nə deməkbu didərgin, bu ulu, bu yorulmaz türk ruhu?!Onlara deyən varmıAltaydan BalkanlaraTanrıdan Savalana,qopuz simləri kimi uzanan tarix yoluhələ kökdən düşməyibbiz göylərdən gəlsək də,yolu mən ağartmışam,yollar göydən düşməyib.Param-parça bölünmüş,yürüşdən yorğun, əzik,ancaq haqqa hamilə,yenə tarix yolununbələdçisi... Bu bizik!Bu bizik, mənəm, sənsən...bu gün yorğun, cüssəsiz,sabah fırtına kimi,dünya boyu əsənsən!..Bunlar...bu etnomüştəbehlərbu retrokommunistlər,demokrat, islahatçı,qlobalçı faşistlər,və onların qulları,Azərbaycan soyadlıhədiyyə çocuqlarıMəni duyammaz əsla!Duymaz damarlarımdadolaşan qaynar qanı,Tanrıyacan yol çəkənbu əbədi sevdanı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов