İçimdəki dərd ağacı,Kökü taleyin qatında,Başı arzu qanadındaİliyimdən sümüyümə,Dırnağımdan saçımacan,Ürəyimdən ovcumacanZərrə-zərrə, qətrə-qətrəMəni tamam zəbt eləyən.Gülüşümə kölgə salan,Sevincimdən nəf diləyən.Yarpaqları yad şilləsi,Budaqları od qırmancı –İçimdəki dərd ağacı.

İçimdəki dərd ağacı...Barmağımda qabar olandüyünüylə,Sifətimdə qırış salanköynəyiyləYazımda da, qışımda dayaşıl libas geyməyiləfəsillərə acıq verənhər budağı pöhrələnən,hər rişəsi saçaq verən,Nəğməsi yad, sözü acıİçimdəki dərd ağacı...Ağac bir yol yarpaq açar,Ağac bir yol bar yetirər,Busa hər gün gül içində,Busa hər gün bar altında.Bir yarpağı saralmamışMini bitir qanadında.Aman Allah,nə qəribə ağacdı bu?Əzabımdan şirə əmən,

Fəryadımdan küləklənən.Mən qısılıb çəkildikcəÜrəyimdə ürəklənən,Dönük qardaş, soyuq bacı –İçimdəki dərd ağacı!

İçimdəki dərd ağacı,Ayağımı deşib keçənkökləriyləyad torpaqdan qüdrət əmən,Yad ellərin havasınaBulud-bulud pöhrələnən.Məni məndən alıb gedən,Mənə mənə yad eləyən.Qucağında yuva qurmuşPərvaz qəmə həyat verən.Həsrətləri, hicranlarıMin qayğıyla yelpikləyən,Saçlarıma ağ yağışıSəpən bulud tutalğacı –İçimdəki dərd ağacı.

İçimdəki dərd ağacı!..Hara belə boy atırsan?Ürəyimi çəkə-çəkə,Gözümdən yaş tökə-tökəMəni hər gün parçalayan,Məni hər gün xırdalayan,Şübhələri qızışdırıbpislikləri qurdalayan,Öz əlimlə düşməniməbəzədiyim şöhrət tacı,Sevincimin nə zamansaİldırımtək vuracağıİçimdəki dərd ağacı...

9.XI.1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов