Dağlardan dağlara danışın...
Dağlardan dağlara danışın ancaq,Düzənlik nə bilir dağ deyilən nə...Zirvə vüqarını duymaq umulmazSelab qəzəbinə hər əyiləndən.
Çiçəkdən çiçəyə danışın ancaqGöylərin dilidir güllərin dili.Ayaq dalayanlar, əl qanadanlarGünəşdən pay gələn dili nə bilir...
Ürəkdən ürəyə danışın ancaq,Ancaq duyulmaqla güclüdür ürək.O daşa sığınıb yaşaya bilərAncaq daş əllərdə çiliklənəcək.
Sevgidən sevənə danışın ancaqYanıb ürəyinin başı göynəsinÖzü bir həsrətdən yanmayanlaraÖzgə ocağının közü neyləsin.
Bəs Vətən... Uşağa tanıt Vətəni,Qoy hopsun könlünə laylalarla tənHər yeni uşaqla ilk qədəm atıbÖmrünü təzədən yaşayır Vətən!
İstisu, 16.VIII.1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-daglardan-daglara-danisin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Adamlar dilimi bilməyən yerdəTorpağa baxıram, daşa baxıram.
Ölümünü unudan kişi1937-ci ili vicdan ləkəsi ilə*keçənlərdən yaşayanlar var.*
Bir müəlliməO kasıb oğlanı qaytardın geri,Kükrəyən bir çayın yolunu kəsdin.
Öz sözün iləBiz nə arzudayıq, həyat nə işdə...Çay gəldi, üz-üzə oturmuşduq biz.
Стихи других поэтов · О родине
گهی با گردبادی خیزم و گرد سرت گردم
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Ana yurdum, hər daşına üz qoyumAna yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə