Əgər insan öləndə ömür başa çatırsa,dayanırsa hərəkətBəs bu qəbristanlıqda hara belə yol gedir,tələsir Nazim Hikmət?Sanki donub qalmayıb qara mərmər cildində,soyuq bir an içində,Yayından çıxan oxdur, daha geriyə dönməz,

keçər, keçər bəxtinə düşən tufan içindən......Şairlər yer üzünə şeir yazmağa gəlmir!Gəlirlər bu dünyanın tarazlığı itəndə.Gəlirlər ürəklərə dəmir pərdə çəkilib,damarlardan qan yerinə paslı sular gedəndə!Təkcə şairlər dözər dünyanı əyən dərdə,yeri şar kimi sıxan əriməz qəm yükünə.Milyon qəlbə sığmayan iztirablar, əzablar,dərdlər, qəmlər sığacaq bir şair ürəyinə!Şairlər yer üzünə gəlmirlər xumar gözləbaxıb gülə-çiçəyə,qadınların nazına şeir deyib getsinlər...Gəlirlər insanların könlünə işıq səpibədalət göyərtsinlər!Sən onu qəfəsə sal, ömürlük dustaq elə,doğra, yandır, sındır, at...hər şairin qəlbində ən şirin bir sevgidir,bəlkə acılığıyla əzizdir, xoşdur həyat...Dörd divar arasında, dustaqxana küncündəbir ömür qurban verən,Can-can dediyi yurddan uzaqlarda can verənBir şairə yurdunda yasaq, yad desələr də,Üzdə çarmıxa çəkib, içdə istəsələr dəVətənin köksündə daşıyıb gecə-gündüz,vətənin ruhunu tanıtdıran o idi.Ölüm səltənətindən qalxıb-dikəlib yenə,yenə üzü tufana, Türkiyəyə yol gedir!Yaxalıq qaldırılıb, kürən saçı alnında,paltosunun cibində hər əli bir qumbara,Alnı zirehqırantək dirənb sonsuzluğa,mərmərin son qatına,Əbədilik sədd çəkib onun yolunu kəsənölüm adlı divara!..Ancaq o geri dönmür, yorulmur, üz çevirmir,yollarını saxlamır tufan, təklik, qaranlıq,Bu mərmər qəfəsləri qoparıb öz yerindənonun addımlarıyla yüyürür qəbristanlıq!..

Moskva, Novodeviçye, 11.XI.1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов