Ana yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.Kimi sənin çiynində,sən kiminin...Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:Çox ünvanda qaçaq tərif yallanır.Bir ağılın budağından sallanıb,Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,Adımı tut, harda dağlar dumansa.Gözünü sıx,Hansı daşda su yansa,O daş altda Məmməd Araz yaşayır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости